Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
Mynews.az banka istinadən xəbər verir ki, hərracda tələb 695,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,05% təşkil edib.
Depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib.
Qeyd edək ki, bu cari ilin əvvəlindən qeydə alınan ilk göstəricidir. Belə ki, indiyə qədər depozit hərracında tələb təklifi cüzi faiz nisbəti ilə üstələyirdi.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank 2016-cı ilin iyunundan banklardan vəsait cəlb etmək üçün depozit hərracı keçirir. Hərrac dövlət istiqrazlarını ala bilməyən banklara əlavə investisiya aləti kimi MB-in depozit hərraclarında iştirak edərək likvid manat vəsaitlərini yerləşdirmək imkanı verir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub