Bu ilin sonuna qədər “Azərşüşə” MMC tikilərək istifadəyə verilməlidir.
Mynews.az xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
O deyib ki, Azərbaycandakı şərab zavodları öz potensialı ilə işləmir. Hətta bəzi şərab zavodları fəaliyyətini dayandırıb.
Nazirin sözlərinə görə, buna başlıca səbəb şüşə qabların, şüşə qablaşma istehsalı müəssisələrinin olmamasıdır. Şərab istehsalçıları şüşə qablar problemini həll etmək üçün xaricdən şüşə idxal etməli olurlar. Bu da xarici valyutanın ölkədən çıxmasına və şərabın maya dəyərinin bahalaşmasına səbəb olur:
“Şərabçılıqda maya dəyərində şüşə qabının məsələsinin təsiri böyükdür. Bu məsələdə dövlət və şirkətlər müştərək işləməlidirlər. Ötən il Azərbaycanda şərab istehsalı iki dəfə aşağı düşüb. Buna baxmayaraq, ixrac artıb. Bazarlara çıxışı təmin etməklə xərcləri azaltmaq mümkün olacaq”.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub