Tütün məhsullarının kartsız (nağdsız) satışına icazə verildiyi və qiymətlərin aşağı düşdüyü bildirilir.
Xəbər verdiyimiz kimi, Azərbaycanda topdansatış mərkəzlərində siqaretlərin nağd pulla satışı qadağan edilmiş, nağd pulla satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün mağazalarda müəyyən növ siqaretlərin qıtlığı müşahidə edilirdi.
Yeni qaydalara görə, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. İstənilən dükan siqaret almaq üçün ya bank hesabına, ya da VÖEN-ə bağlı kart hesabına malik olmalıdır.
Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə, 100 manat cərimə nəzərdə tutulub. Burada “az miqdarda” 50 manatlıq məbləği nəzərdə tutur.
Topdan və pərakəndə satış obyeklərinin nümayəndələri yeni qaydaların həm biznesə, həm də istehlakçılara ciddi ziyan vurduğunu bildirirdilər. Müşahidələr göstərib ki, hazırda qanuni şəkildə istehsal edilən siqaretləri əsasən Bakıda yerləşən iri supermarket şəbəkələrində tapmaq mümkündür. Hətta onlar üçün də siqaretləri vaxtlı-vaxtında əldə etmək asan deyil. Bu da öz növbəsində bəzi siqaretlərin qıtlığı ilə nəticələnir. Belə supermarketlərin sayı isə çox deyil. Lakin istehlakçılar siqaret almaq üçün adətən iri marketlərə müraciət etmirlər, onların siqaret almaq üçün tez-tez müraciət etdikləri orta və kiçik dükanlarda isə siqaret qıtlığı yaranıb.
Nağd satış qadağan olunduqdan sonra, piştaxtalarda leqal siqartetlərin yerini qaçaqmal yolu ilə gətirilən, büdcəyə heç bir vergi və rüsumu ödənilməyən, mənşəyi bilinməyən siqaretlər tutmağa başlamışdı. (Fins.az)
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub