Yığılan yüksək xarici valyutadakı dövlət borcları, bank sektorunun zəifləməsi MDB ölkələrini bir sıra neqativ risklərlə üz-üzə qoyur. Bu risklər ilk növbədə uçot dərəcələrinin kəskin şəkildə artması və ya yerli valyutanın kəskin devalvasiyadan qaynaqlana bilər.
Mynews.az xəbər verir ki, bu barədə “Moody's” Beynəlxalq Reytinq Agentliyinin MDB ölkələri üzrə bu gün açıqladığı 2018-ci il icmalında bildirilir.
Agentliyin ekspertlərinin rəyinə görə, regiondakı siyasi gərginliklər hələ də iqtisadi sabitlik və islahatlara təhlükə yaradan əsas risklərdən hesab edilir.
“Moody's” 10 MDB ölkəsindən səkkizinin reytinqlərində kredit ödəmə qabiliyyəti ilə bağlı sabit proqnozlar verib. Rusiya BA1 “pozitiv”, Ukrayna Caa2 “pozitiv”, Ukrayna, Ermənistan B1 “sabit”, Azərbaycan Ba2 “sabit” , Belarus Caa1 “sabit” və Tacikistan B3 “sabit” kimi qiymətləndirilib.
14:45
Neftin qiymətinin hazırkı səviyyəsi Azərbaycan iqtisadiyyatının yumşaq artımını təmin edir. Ortamüddətli perespektivdə neftin qiyməti 40-60 dollar arasında dəyişəcək.
Mynews.az xəbər verir ki, bu barədə “Moody's” Beynəlxalq Reytinq Agentliyinin MDB ölkələri üzrə bu gün açıqladığı 2018-ci il icmalında bildirilir.
Qeyd edilir ki, neftin qiymətinin hazırkı səviyyəsi Azərbaycan, Rusiya və Qazaxıstan kimi ölkələrin ticarət şərtlərinə müsbət təsir göstərir. Lakin bu ölkələr neftin qiymətinin hazırkı səviyyəsində 2014-cü ilə qədər olan iqtisadi artım tempinə geri dönə bilməyəcək.
“Moody's” bildirir ki, 2018-ci il üçün MDB ölkələrinin müstəqil kredit qabiliyyətliliyi proqnozu sabit olsa da, region, ümumiyyətlə, mənfi şoklara qarşı həssasdır. Maliyyələşmə ilə bağlı vəziyyətin anidən dəyişməsi bir çox MDB ölkəsi üçün ağır nəticələnəcək.
Belə ki, onların bir çoxunda yüksək dövlət borcu, müddəti yaxınlaşan faiz ödənişləri üçün aşağı səviyyədə ehtiyat ayırmaları, borcların əsas hissəsinin xarici valyutada olması və bank sistemində yüksək dollarlaşma problemi mövcuddur.
Agentlik MDB ölkələrində dövlət borcunun ÜDM-də xüsusi çəkisinin 2013-cü ildəki 32%-dən 2018-ci ildə 55%-ə yüksələcəyini proqnozlaşdırır.