“Azərbaycan Hava Yolları” (AZAL) Bakı–Təl-Əviv–Bakı istiqamətində uçuşlar üzrə yeni aksiya elan edir.
Mynews.az-ın redaksiyasına daxil olan press-relizdə bildirilir ki, göstərilən istiqamət üzrə reyslərə 28 fevral 2018-ci il tarixinə kimi aviabilet aldıqda aviabiletin qiyməti 299 avro, əks istiqamətdə isə (Tl-Əviv–Bakı–Təl-Əviv) 299 dollar təşkil edəcək.
Aksiya çərçivəsində uçuş tarixləri: 2018-ci il fevralın 3-dən martın 3-dək. Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur.
Aviabiletin qiymətinə baqajın (1 yer 23 kq-a kimi), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərində) pulsuz daşınması və təyyarə göyərtəsində isti yemək daxildir.
Təl-Əviv İsrailin mədəni və işgüzar mərkəzidir. O, xeyli sayda restoranlar, ticarət mərkəzləri və gecə klublarının yerləşdiyi müasir canlı şəhərdir. Bu şəhər Aralıq Dənizini yuyan öz gözəl qumlu çimərlikləri ilə məşhurdur. Piyada dənizkənarı bulvarla bir çox görməli yerlərin yerləşdiyi Yaffa liman şəhərinə gedib çıxmaq olar.
AZAL-ın Bakıdan Təl-Əvivə reysləri həftədə iki dəfə “Airbus A319” və “A320” sərnişin təyyarələri ilə həyata keçirilir.
Endirimli aviabiletləri uçuşa azı 72 saat qalmış AZAL-ın kassalarında, www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.
AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı linkdə onlayn qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.
E-mail: [email protected]
AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub