USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

“AzeriLight”ın qiyməti bahalaşmaqda davam edir

11:01 02.03.2017
“AzeriLight”ın qiyməti bahalaşmaqda davam edir
11:01 02.03.2017

Azərbaycan neftinin qiyməti bir dollara yaxın bahalaşıb.

Mynews.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,84 dollar və ya 1,48% artaraq 57,52 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi əsasında “AzeriLight” markalı neftin ortamüddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb.

Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq. 


Xəbər lenti