Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov vəzifəsindən azad olunub.
Mynews.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, İ.Məmmədovun adı artıq nazir müavinləri siyahısında yoxdur.
Görünür, İ.Məmmədov prezidentin fərmanı ilə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunun təsdiqlənməsindən sonra yeni yaradılan strukturdan kənarda qalıb.
Qeyd edək ki, məsələ ilə bağlı bir həftə əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi sorğu ilə müraciət etmişdik.
Xatırladaq ki, ötən ilin sonunda nazirin sabiq müavininin kürəkəni, 1987-ci il təvəllüdlü Əliyev Elvin Əziz oğlu yaşadığı Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 18, mənzil 17-də özünü asaraq intihar edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub