Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2018-ci ilin fevralın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
Mynews.az bildirir ki, Fonddan verilən məlumata görə, bu ilin yanvar ayında AÇG yataqları üzrə fond 651,6 mln. dollar gəlir əldə edib.
AÇG Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2050-ci ilə qədər uzadılması çərçivəsində xarici sərmayəçilər tərəfindən Fonda 450 milyon ABŞ dolları məbləğində bonus ödənilib.
“Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən 0,108 milyon ABŞ dolları məbləğində əlavə bonus ödənilib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən bu ilin əvvəlinədək AÇG yataqlar bloku üzrə 129,137 milyard dollar, “Şahdəniz” yatağı üzrə isə 2,506 milyard dollar həcmində gəlir əldə olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub