Baş nazir Artur Rasizadənin qərarı ilə Nazirlər Kabinetinin 2009-cu il, 10 sentyabr tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilib.
Mynews.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, baş nazirin imzaladığı qərara əsasən, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2-ci bəndində “İqtisadiyyat Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilib.
Nazirlər Kabinetinin digər qərarı ilə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 1.2-ci bəndində “İqtisadiyyat Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəzlənib.
O cümlədən dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılması gömrük orqanları ilə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub