Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Əhalinin 2017-ci il üzrə gəlirlərinin nə qədər artdığı ilə bağlı yekun rəqəmlər açıqlanmadığı üçün pensiyaların nə qədər artdığı hələlik dəqiq bilinmir.
İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, artımın 6,5- 7 faiz civarında olacağı gözlənilir:
“Bu vaxta qədər təqaüdlərin baza hissəsi indeksləşdirilirdi. Yəni, ölkədə yanvarın 1-nə qədər hansı inflyasiya səviyyəsi olurdusa, baza hissəsi də o qədər indeksləşdirilirdi.
Keçən ilin sonunda bu qaydalar dəyişdirildi. Artıq təqaüdlərin sadəcə baza hissəsinin yox, tamamının artırılması ilə bağlı qərar verildi. Yəni əhalinin nominal gəliri hansı səviyyədə olacaqsa, o qədər indeksləşəcək”.
N.Cəfərli qeyd edib ki, ötən ilin 11 ayına görə, əhalinin gəlirləri 6,5 faiz artıb. Doğrudur, hələ yekun rəqəm açıqlanmayıb, amma bunun 6,5- 7 faiz civarında olacağı gözlənilir:
“Obrazlı desək, 150 manat təqaüd alan şəxsin pensiyasına təqribən 10,50 manat artım gözlənilir. Yəni kim nə qədər pensiya alırsa, həmin rəqəm əhalinin gəlirlərinin faizinə (6,5- 7 faiz olacağı gözlənilir) vurulacaq”.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1053 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1016 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1007 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1005 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
982 dəfə oxunub