Rusiyanın Ufa şəhərindən Bakıya birbaşa aviareyslər açılır.
Mynews.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, uçuşları “Saratov Hava Yolları” şirkəti həyata keçirəcək.
Uçuşlar 29 mart tarixindən etibarən “AN-148” təyyarəsində cümə axşamı günləri həyata keçiriləcək.
Ufa beynəlxalq aeroportundan uçuş yerli vaxtla 21:55-də, Heydər Əliyev hava limanına eniş isə Bakı vaxtı ilə cümə günü gecə saat 00:15-də olacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.
Geri uçuşlar Bakı vaxtı ilə 05:40-a, Ufaya eniş isə yerli vaxtla 10:00-a təsadüf edəcək.
Promo-tarif üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 20 516 rus rublu (353 ABŞ dolları) təşkil edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub