”Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımla bir yerdə ödəniləcək”.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.
Nazir bildirib ki, Statistika Komitəsinin rəsmi məlumatına görə, ötən il ölkədə əməkhaqqının orta artım tempi 5,7 % olduğundan pensiyaların sığorta hissəsi də elə bu qədər artırılacaq.
Əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə, yəni 94 faizinə şamil olunacaq. Pensiyaların ödənilməsinə isə yaxın günlərdə başlanılacaq və ödəniş növbəlilik prinsipi əsasında ediləcək.
Eyni zamanda əmək pensiyasının minimum məbləği də 5,7 faiz səviyyəsində artırılacaq. Pensiyaların artırılması üçün hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub