Paytaxtın Pirallahı rayonunun giriş hissəsində yeni tikilən balıq bazarı artıq istifadəyə verilib. Burda ilkin olaraq dənizdən tutulan balıqlar satışa çıxarılıb. Satıcıların sözlərinə görə, qiymət digər bazarlarla müqayisədə ucuzdur.
Mynews.az bildirir ki, 7 hektar ərazidə salınan kompleksdə balıq istehsalı üçün açıq və qapalı tipli fermanın tikintisi davam etdirilir. Fermada il ərzində 150 ton nərəkimilər cinsindən olan balıq və 4 ton qara kürü istehsal olunacaq.
Qapalı tipli balıq fermasında yetişdirilən balıqlar topdan satış qiymətinə satılacaq.
Balıqyetişdirmə fermalarının bu il ərzində istifadəyə verilməsi planlaşdırılır. Vətəndaşların rahatlığı üçün Kompleksin ətrafındakı sahil zonası abadlaşdırlıb, ərazi yaşıllaşdırılaraq park salınıb. /xezerxeber.az/
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub