Mynews.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç deyib.
O bildirib ki, SOCAR-ın neft-qaz sahəsində təcrübəsi çox mühümdür: "Biz şirkətin təbii qaz təminatı ilə bağlı məsələlərdə tövsiyəsinə üstünlük veririk".
D.Sekuliç qeyd edib ki, SOCAR-ın İoni-Adriatik boru kəməri (IAP) layihəsində (Azərbaycan qazının tranziti üçün) iştirak forması şirkətin özündən asılıdır və Monteneqro hökuməti, şübhəsiz ki, bütün təklifləri diqqətlə nəzərdən keçirəcək:
"Azərbaycan Monteneqroda iri investor kimi rolunu artıq nümayiş etdirib və təsdiq edib. Gözləyirəm ki, bu, enegetika sektorunda öz əksini tapacaq və bizim onsuz da çox yaxşı səviyyədə olan iqtisadi münasibətlərimizi daha da möhkəmləndirəcək".
Nazir əlavə edib: "Monteneqro hökuməti hesab edir ki, SOCAR-ın ölkənin qazlaşdırılmasında və IAP layihəsinin reallaşdırılmasında iştirakı ölkə üçün böyük əhəmiyyət kəsb edir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub