Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 16 mərtəbəli (Müasir Tikinti Şirkəti)binanın hər blokuna sakinlərə ünvanlanmış elan vurulub.
Mynews.az-ın məlumatına görə, elanda sakinlərin elektrik enerjisinə görə borclarını ödəməyəcəyi təqdirdə binanın işıqsız qalacağı açıqlanıb. Bu elan sakinlərin narazılığı ilə qarşılanıb. Çünki hər kəs yalnız öz mənzilinə görə cavabdeh olduğunu, kiminsə borcuna görə binanın işıqsız qalmasını doğru hesab etmədiyini deyir.
Elanda deyilir:
“İşıq sərfiyyatından yaranmış borcların verilməsində çətinlik çəkirik. Bir ay ərzində yığılmış 1135 AZ-lik borcu kommunal ödənişlərin zəif olması ilə əlaqədar verə bilmirik. Fevral ayının sonuna qədər işıq borcu ödənilmədiyi təqdirdə binaya gələn elektrik enerjisi Azərişıq tərəfindən dayandıracaq. Nəticədə lift, motorlarda paylanan su və blokların işıqlandırılması da dayancaq”.
Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Qurumun sözçüsü MTK-nın haqlı olmadığını deyib.
"MTK-nın daxili işlərinə Azərişıq qarışmır. Və xahiş edirəm ki, MTK rəhbərliyi Azərişıq adından istifadə etməsin. Azərişıq əgər xəbər yayırsa öz adından yazır. Amma MTK xəbər yayanda Azərışığın adından istifadə edir. Azərişığın gəlib işığı kəsməsi düzgün deyil və biz işıq kəsmirik. Bizim abonentimiz MTK-dır. Onların bizə borcu olsa biz onların işığını kəsə bilərik. MTK-nın daxilindəki işlərə isə bizim əlaqəmiz yoxdur"
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub