Linkedin sosial şəbəkəsi ən çox pul qazandıran peşələrin sıyahısını yayımlayıb.
Mynews.az Sputnik Azərbaycan-a istinadən həmin siyahını təqdim edir.
Siyahıya əsasən birinci yerdə ildə orta hesabla 356 min dollar qazanan kardioloqlar gəlirlər. Həkim radioloqlar isə ildə 355 min qazancla ikinci yerdədirlər. Digər ilk yerləri də tibblə bağlı peşələrin sahibləri tuturlar - anesteziya mütəxəssisi, patoloq, terapevt, psixiatr və s. Bu sırada ən aşağı maaş ildə 218 mindir. Daha sonar korporativ menecer (175 min), IT mühəndisi (168 min), neft mühəndisi (160 min), vergi mütəxəssisi (161 min), vəkil (160 min), proqramçı (155 min), marketoloq (155) gəlirlər.
Qeyd edək ki, siyahıda müxtəlif mövqelərdə tibblə bağlı fərqli peşələr də var. Beləliklə, dünya üzrə bu günə olan duruma əsasən hələ ki, IT ilə bağlı peşələr tibbdən geridədirlər və yaxın müddətdə onları keçəcək kimi görünmürlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub