"Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsinə 1,2 milyard avroyadək kredit ayırmağı planlaşdırır".
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Reuters-ə AYİB-in Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanera deyib.
O qeyd edib ki, 500 milyon avroyadək məbləğ Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən birbaşa, 700 milyon avro isə sindikatlaşdırılmış kredit qismində ayrılacaq:
"Kredit ayrılması barədə yekun qərarın 2018-ci ilin ortalarına qəbul edilməsi gözlənilir".
Qeyd edəl ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP-ın ümumi dəyəri 4,5 milyard avro təşkil edir və Tükiyə-Yunanıstan sərhədində digər qaz kəməri ilə - TANAP-la birləşəcək.
TAP-ın ilkin gücü ildə 10 milyard kubmetr təşkil edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub