Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz yatağında ilk quyudan hasilata 2020-ci ilin əvvəlində başlamaq planlaşdırılır.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Total" şirkətinin ictimai dinləmələrə təqdim edilən layihənin ətraf mühitə təsiri haqqında hesabatında deyilir.
Hesabatda bildirilir ki, birinci mərhələdə hasilatın həcmi sutkada 4,3 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edəcək.
Qazma işləri 2018-ci ilin martından başlayaraq təqribən bir il davam edəcək.
Qeyd edək ki, "Total" 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən "Abşeron" yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının (326 mlrd. kubmetr qaz və 108 mln. ton kondensat) olduğunu təsdiqləyib. "Abşeron" yatağının işlənməsi layihəsinin I mərhələsinə dənizin 450 metr dərinliyində bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Bu mərhələ çərçivəsində platoda illik 1,3 mlrd. kubmetr, layihənin ikinci mərhələsində isə platoda illik 4 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50%) şirkətləridir.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub