BP şirkəti neftə olan tələbin 2030-cu ilin sonuna doğru ən yüksək səviyyəsinə çatacağını açıqlayıb.
Mynews.az “Bloomberg”ə istinadən xəbər verir ki, BP-nin “Enerji Mənzərəsi” hesabatına əsasən, neftə olan tələb sürətli inkişaf edən iqtisadiyyatlar hesabına yüksələcək.
O da qeyd edilib ki, yaxın 20 ildə elektrikli avtomobillər nəqliyyatda inqilab yaradacaq:
“Hazırda bütün dünyada elektrikli avtomobillərin sayı üç milyon ədəd təşkil edir. 2040-cı ildə bu rəqəmin 300 milyona yüksələcəyi proqnozlaşdırılır. Sonrakı dövrdə dünyada “Uber”ə bənzər taksi xidməti göstərən sürücüsüz maşınların birgə istifadəsi artacaq. Bu da avtomobillərə olan tələbatı azaldacaq”.
Bildirilir ki, elektrikli avtomobillərin sayının artmasına baxmayaraq, benzinə olan tələb 2040-cı ildə də dəyişməyəcək. Benzinlə hərəkət edən avtomobillər 2016-cı ildəki kimi 2040-cı ildə də gündəlik 18,7 milyon barel neft istehlak edəcəklər.
Məlum olub ki, sürücülər olmayacağı və maaş ödənilməyəcəyi üçün ictimai nəqliyyatda gediş haqlarının maya dəyəri 40-50 faiz səviyyəsində azalacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub