2017-ci ildə bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsaslı işlər görülüb, sektora yeni kapital investisiyaları daxil olub.
Mynews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0.9 mlrd. manat təşkil edib.
Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyaların cəmi 1.2 mlrd. manat olub.
Palatadan qeyd edilib ki, ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb.
Bu çərçivədə bankın problemli aktivləri “Aqrarkredit” QSC-ə ötürülüb, xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb.
Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsinin formalaşdırılması işləri aparılıb. Bu istiqamətdə beynəlxalq təcrübə də nəzərə alınmaqla, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı yeni fəsil əlavə edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub