Bank depozitlərinin dollarlaşma səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib.
Mynews.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.
Bildirilir ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 44.7%, ilin sonunda isə 45.3% təşkil edib.
İl ərzində fiziki şəxslərin manatla əmanətləri 66.9% artıb, xarici valyutada əmanətləri 15.2% azalıb. Nəticədə, fiziki şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindəki 79.6%-dən 66.5%-ə enib.
Hesabata görə, manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 16.9% artıb. Digər tərəfdən, manatla olan müxbir hesabların qalığı 58.5% azalıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub