Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri karbon emissiyasını azaldaraq daha təmiz enerji mənbəyini təmin edəcək.
Mynews.az xəbər verir ki, bu sözləri Londonda keçirilən “WesternBalkans Investment Summit”dəki çıxışında TAP-ın icraçı direktoru Luca Schieppati deyib.
O qeyd edib ki, TAP və Cənub Qaz Dəhlizi daha təhlükəsiz, saxələndirilmiş və davamlı enerji qarışığına nail olmaq üçün ən vacib və konkret layihələrdən biridir.
Xatırladaq ki, bu ay Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib.
Bank bildirir ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da TAP üçün 1,2 milyard avroya qədər kredit ayırmağı planlaşdırır. Bu məbləğın 500 milyon avrosu EBRD tərəfindən birbaşa kreditlə, 700 milyon avrosu isə sindikatlaşdırılmış kredit formasında olacaq. Kreditin ayrılması barədə qərarın cari ilin ortalarına qədər qəbul ediləcəyi gözlənilir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub