Bakı sərnişin–Zabrat–Sumqayıt sərnişin dəmir yolu istiqamətində 29.2 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmiri sürətlə davam edir. İşlər mərhələ-mərhələ aparılır. Layihə çərçivəsində Böyükşor-Sabunçu mənzilində 5,3 kilometr uzunluğunda yolun əsaslı təmirinə başlanılıb. Artıq 2,3 kilometr köhnə yol sökülüb, təmir işləri 10 gün davam edəcək.
Mynews.az-ın məlumatına görə, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.
Xatırladaq ki, Bakı sərnişin–Zabrat–Sumqayıt sərnişin dəmir yolu xəttinin əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 6,5 kilometr yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.
Qeyd edək ki, bu yolun qoyuluşu başa çatdıqdan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub