“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.
Mynews.az xəbər verir ki, bu reytinqdə 75-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 63 ölkəyə səyahət etməyə imkan verir.
45-ci yerdə göstərilən Rusiya pasportu bu ölkənin vətəndaşlarına 114 ölkəyə sərbəst şəkildə səyahət imkanı yaradır. Türkiyə 49-cu yerdə (110 ölkə), Gürcüstan 54-cü yerdə (100 ölkə), Ermənistan 78-ci yerdə (59 ölkə), İran 98-ci yerdə (38 ölkə) qərarlaşıb.
Reytinq cədvəlinin liderləri Yaponiya və Sinqapurdur. Bu dövlətlərin vətəndaşları vizasız 180 ölkəyə səfər edə bilər.
Buna qədər 2014-cü ildə bəri lider olmuş Almaniya pasportu ilə isə 179 ölkəyə əngəlsiz səyahət etmək mümkündür.
Siyahının ilk üçlüyünü eyni vaxtda bir neçə ölkə tamamlayır. Bunlar İtaliya, Finlandiya, İspaniya, Danimarka, Fransa, İsveçrə və Cənubi Koreyadır. Həmin ölkələrin vətəndaşları vizasız 178 ölkəyə səyahət edə bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub