Təhsil Nazirliyi prezidentin sərəncamı ilə əməkhaqları artırılan təhsil işçilərinin sayını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncamı orta hesabla 240 min təhsil işçisinə şamil edilir.
Qeyd edək ki, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Xatırladaq ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirilmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub