Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2017-ci il, 28 dekabr tarixli fərmanı ilə yaradılan İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Kiçik və Orta Sahibkarlığın İnkişafı” Agentliyinə icraçı direktor təyin olunub.
Mynews.az xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin müvafiq əmri ilə bu vəzifəyə Orxan Məmmədov gətirilib.
Orxan Məmmədov 1984-cü il iyul ayının 1-də, Bakı şəhərində anadan olub.
2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə Odlar Yurdu Universitetində Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini tamamlayıb.
Əmək fəaliyyətinə 2006-cı ildən Sənaye və Energetika Nazirliyində başlayıb, 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, məsləhətçidən şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
Evlidir, üç övladı var.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub