OPEC ölkələrindəki neft hasilatı Birləşmiş Ərəb Əmirliklərində bir sıra texniki işlər və Venesuelada davam edən istehsal məhdudiyyətləri səbəbindən fevral ayında son 10 ayın ən aşağı səviyyəsinə düşüb.
Mynews.az “Bloomberg”-ə istinadən xəbər verir ki, 14 OPEC üzvü ölkənin istehsal həcmi fevral ayında 80 000 barel azalıb. Nəticədə gündəlik hasilat 32,28 milyon barelə düşüb.
Belə ki, Səudiyyə Ərəbistanı hasilatı 80 min barel/gün, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 50 min barel/gün, Venesuela isə 30 min barel/gün azaldıb. Liviya isə hasilatı 70 min barel/gün və yaxud 7,1% artıraraq 1,05 mln. barel/günə çatdırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub