"Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb olunması məqsədilə islahatları dəstəkləməkdə davam edəcək".
Mynews.az xəbər verir ki, bunu Trend-ə və "Azernews" qəzetinə müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional direktoru Yan van Bilsen deyib.
O bildirib: "Uzun illər ərzində IFC-nin investisiyaları özəl sektorun inkişafına yönəlmiş məşvərət layihələri ilə tamamlanırdı. Bu layihələr investisiya islahatlarının dəstəklənməsi ilə yanaşı müxtəlif sahələrdə bank sektorunun potensialının möhkəmlənməsinə xidmət edib. Hökumət tərəfindən biznes mühitin yaxşılaşdırılması üzrə tədbirlərin genişləndirilməsinə cavab olaraq IFC və Dünya Bankı qrupu investisiya islahatlarının dəstəklənməsini davam etdirməyə çalışır".
Onun sözlərinə görə, IFC həmçinin dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində pilot layihələrin hazırlanması sahəsində hökumətə dəstəyini davam etdirmək niyyətindədir.
Y.van Bilsen vurğulayıb ki, Azərbaycanı qlobal istehsal-istehlak zəncirinə inteqrasiya etmək üçün ticarət prosedurlarının və investisiya iqliminin yaxşılaşmasına yönəlmiş islahatları davam etdirmək lazımdır:
"Buraya bütün investorlar üçün bərabər şərtlərin yaradılması, normativ bazanın sadələşdirilməsi və vergi, ədliyyə və maliyyə sahələrində islahatların dərinləşdirilməsi daxildir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub