Tovuzdakı maşın bazarında son iki həftədir qiymətlərdə enmə müşahidə olunur. Amma qiymətlər aşağı düşsə də, maşın alanlar azdır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Rusiya istehsalı olan maşınların qiymətlərində 300 manatdan 500 manata qədər ucuzlaşma olub.Almaniya, Yaponiya və digər ölkələrin avtomobillərinin qiymətlərində də enmə var. Satıcılar belə avtomobillərin 10 faizə qədər ucuzlaşdığını bildirir. Qiymətlərin enməsinin həm bazardakı durğunluqla, həm dəmövsümlə əlaqəli olduğu bildirilir.
Ucuzlaşmaya baxmayaraq, bazarda durğunluq davam etməkdədir. Qiymətlərin enməsi alıcıları isə sevindirsə də, onlar daha çox ucuzlaşmasını gözləyirlər.
Bərdə bazarında da ucuzşlama müşahidə olunur. Bildirilir ki, bu ərəfədə bazara daha çox avtomobil çıxarılıb. Bu da ucuzlaşmaya səbəb olub.
Bazarda daha cox satışa çıxarılan Rusiya istehsalı olan avtomobillərdir. Belə maşınların qiyməti də 500 manata qədər aşağı düşüb.
Satıcılar alıcılıq qabliyətinin aşağı olduğunu deyir.Ucuzlaşmanın növbəti həftələrdə də davam edəcəyigözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub