"Komtec" şirkəti bir sıra "MilliÖN" terminallarında bank kartları vasitəsilə nağdsız ödəniş üzrə pilot xidməti işə salıb.
Mynews.az xəbər verir ki, şirkətdən Trend-ə bildiriblər ki, yeni xidmət kartın balansından pul çıxararaq kredit borcu, kommunal xidmətlər, rabitə, internet, kabel televiziyası və digər xidmətlərə görə ödəniş etməyə imkan verir:
"Bu xidmət hələ məhdud sayda terminallarda (Bakının Nərimanov, Səbail, Xətai və Yasamal rayonlarında quraşdırılmış) mümkündür. Bank kartları vasitəsilə kommunal ödənişlər (su, qaz və elektrik enerjisinə görə) yalnız əhali üçün əlçatandır. Komissiya haqqı tutulmur".
Qeyd edək ki, "MilliÖN" şəbəkəsi ictimai yerlərdə quraşdırılmış təqribən 5 min ödəniş terminalından ibarətdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub