Toya hazırlaşan bütün cütlüklərin müraciət etdiyi məkanlardan biri də gəlinlik mağazalarıdır. Kimi bəyənərək gəlinliyi özü üçün alır, kimi də bir gecəlik kirayə götürür.
Xezerxeber.az məlumat verir ki, əvvəllər gəlinliklər sadə tüldən olduğu üçün satış qiyməti çox da baha deyildi. Hazırda isə daş-qaşlı, bəzəkli parçalardan hazırlanan gəlinliklər dəbdədir ki, bunların da satış qiyməti 2500 - 10000 manat arasında dəyişir. Kirayə qiymətlər isə 400 manatdan 6000 manata qədərdir.
Hazırda gəlinliklər əsasən kirayə götürülür. Bu hal müştərilərə sərf etsə də, əksər məqamlarda mağaza sahibinə ziyan vurur. Çünki, gözəl formada müştəriyə təqdim olunan gəlinlik, çox zaman geri qaytarılanda yaxşı vəziyyətdə olmur.
Aynur Əliyeva deyir ki, gəlinliyin cırılması halına görə əlavə ödəniş alınmasa da, yanan gəlinliklər üçün qarşı tərəf onlara dəymiş ziyanı ödəmək məcburiyyətində qalır. Buna görə də gəlinlər rəqs edən zaman, əyləşən zaman, gəlinliyə qarşı maksimum diqqətli olmalıdırlar.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub