Dollarla mübadilə əməliyyatlarının həcmi artıb

Bu ilin yanvar ayında dollarla mübadilə əməliyyatlarının həcmi 358 mln. 154,7 min manat təşkil edib.
Mynews.az Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən 162 mln. 487,3 min dollar satışı həyata keçirilib.
Banklar tərəfindən 195 mln. 667,4 min dollar alınıb. Bu da 2017-ci ilin hesabat dövrü ilə müqayisədə müvafiq olaraq 24,66 faiz, həmçinin 3,11 faiz çoxdur.
Yanvar ayında avro ilə mübadilə əməliyyatlarının həcmi 57 mln. 709,7 min ABŞ dolları olub.
Nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 45 mln. 609,4 min avro satılıb. Bu da 2017-ci ilin əvvəl ilə müqayisədə 3,92 dəfə çoxdur.
Hesabat dövründə 12 mln. 100,3 min avro alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,02 dəfə çoxdur.
Qeyd edək ki, 2017-ci ilin sonu ilə müqayisədə 2018-ci ilin ilk ayında avro ilə mübadilə əməliyyatları azalıb. Belə ki, ötən ilin dekabrında Avropanın vahid valyutası ilə mübadilə əməliyyatlarının həcmi 95 mln. 971,6 min avro olub.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ 976 dəfə oxunub
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... 966 dəfə oxunub
- 2 hərbçi faciəvi şəkildə öldü 933 dəfə oxunub
- Bu ölkədə qızılca epidemiyası elan edildi 558 dəfə oxunub
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO) 200 dəfə oxunub