Cari ilin yanvar-fevral ayında 2 milyon 81 min ton əczaçılıq məhsulu idxal edilib.
Mynews.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 349 min ton və ya 20,1% artıb.
Əczaçılıq məhsullarının idxalına sərf olunan xərclər yüksəlib. Ötən ilin yanvar-fevral ayları ərzində 1 milyon 732 min ton əczaçılıq məhsuluna 25 milyon 132 min dollar (42 milyon 724 min 400 manat) xərclənibsə, bu il 2 milyon 81 min ton məhsula 44 milyon 990 min dollar (76 milyon 483 min manat) sərf edilib.
Beləliklə, 20,1% idxal həcminin artımına qarşı 79% dəyər artımı baş verib.
Qeyd edək ötən il əczaçılıq məhsullarının ümumi idxala nisbəti 2,59% idisə, hazırda bu faiz nisbəti 3,10% təşkil edir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub