Paytaxtda ətin qiymətində 1 manata yaxın ucuzlaşma müşahidə edilir.
Metbuat.az bildirir ki, ucuzlaşma təkcə paytaxtda yox, bölgələrdə də qeydə alınır. Təxminən 1 ay öncə 10 manatdan yuxarı qiymətə təklif olunan bir kiloqram mal əti hazırda 9 manata satılır.
Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, ətin qiymətinin ucuzlaşması tələbin azalması ilə bağlıdır:
“Ucuzlaşmanın əsas səbəbi rayonlarda ətin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Rayonlarda ətin ucuzlaşması Bakıya gətirilən ətin qiymətinin azalmasına gətirib çıxarıb. Yemin qiyməti müəyyən artımlardan sonra artıq stabilləşib. Eyni zamanda, hazırda ətə tələbin azalması müşahidə edilir. Tələbin azalması nəticədə qiymətə təsir göstərib. Təklifdə heç bir dəyşiklik yoxdu. Rayonlarda, eləcə də paytaxtda ətə tələbin azalması müşahidə edilir ki, bu da qiymətə təsir göstərir. Hələ ki, ciddi bir azalma gözlənilmir. Lakin mövcud qiymət qorunub saxlanılacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub