Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu Gömrük Məntəqəsində Türkiyə polisi tərəfindən keçirilən əməliyyat nəticəsində 40-a yaxın gömrük işçisi saxlanılıb.
Mynews.az xəbər verir ki, həmin şəxslər rüşvətxorluqla və qaçaqmalçılıqla məşğul olduqları üçün həbs olunub.
Iğdır Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində Dilicu Gömrük Məntəqəsində çalışan işçilərin yaşadıqları mənzillər də axtarılıb.
Nəticədə sənədləşmələrdə saxtakarlıq, rüşvət və qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olduqları müəyyənləşdirilən 40 gömrük işçisi polislər tərəfindən saxlanılıb.
Hazırda həmin şəxslərlə bağlı istintaq işləri aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub