Mal və qoyun ətinin bahalaşmasının ardından quş ətinin də qiyməti qalxıb. Bahalaşma yerindən asılı olaraq 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır. Bəs bahalaşmanın səbəbi nədir, və nə vaxtadək davam edəcək?
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, toyuq ətinin qiyməti artıb. Satıcıların sözlərinə görə bahalaşma son günlər qeydə alınıb. Firmasından asılı olaraq qiymətlərdaki bahalaşma 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır.
Toyuq ətinin bahalaşması mağazalarla bazarlarda fərqlidir. Mağzalarda bahalaşma 20-50 qəpik arasında dəyişirsə, bazarlarda artım 1 manatdan yuxarıdır. Satıcılar qiymətlərin quş əti istehsalçıları tərəfindən qaldırıldığını iddia edir. Onların fikrincə bayramla əlaqədar bahalaşma davam edəcək
Broyler firmalarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymətlərin qalxmasına görə satış mərkəzlərini ittiham edir. Onun sözlərinə görə toyuq ətinin qiyməti mağaza rəhbərləri tərəfindən süni yolla artırılıb. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər. Toyuq məhsulunun topdan satış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz.
Milli.Az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub