Azərbaycan Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulmaq haqqında məktub təqdim edib.
Mynews.az xəbər verir ki, bu gün məktub energetika naziri Pərviz Şahbazov tərəfindən Enerji Xartiyasının baş katibi Urban Rusnaka verilib.
Nazir bildirib ki, Azərbaycanla Avropa Enerji Xartiyası arasında Xartiyaya qoşulmaqla bağlı 1994-cü ildə saziş imzalanıb:
“Bu saziş 1998-ci ildə qüvvəyə minib. 2015-ci il mayın 21-də Haaqa şəhərində Avropa Enerji Xartiyası Beynəlxalq Enerji Xartiyası statusunu alıb. Beynəlxalq Enerji Xartiyası ilə bir sıra məsələlərdə yaxından əməkdaşlıq etmək istəyirik. Bu gün də Azərbaycanın Beynəlxalq Enerji Xartiyasına qoşulması haqqında məktubu təqdim etdik”.
Bununla Azərbaycan Beynəlxalq Enerji Xartiyasının 87-ci üzvü olur.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub