Bakının Nobel prospektində tıxacın aradan qaldırılması üçün avtomobillərin hərəkətində dəyişiklik edilib.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, artıq həmin ərazidə bununla bağlı tədbirlərə start verilib və yolda yoxlanış aparılır: "Nobel prospektindən Ukrayna dairəsinə getmək üçün yardımçı yoldan sola dönüş var idi. Bu da sürücülərin yolu gözləməməsindən tıxaclara səbəb olurdu. Bunun qarşısını almaq üçün həmin ərazidən geriyə dönmə ləğv edilib və qarşıdakı yoldan dönməyə şərait yaradılıb. Əvvəlki yerdən isə geridönmə ləğv edilib".
A.Nəcəfli bildirib ki, bu proses yoxlama məqsədilə həyata keçirilir: "Əraziyə plastik maneələr də düzülüb. Əgər bu proses müsbət nəticə versə, həmişəlik bu cür olacaq. Əgər müsbət nəticə verməsə, digər tədbirlər görüləcək".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub