Mynews.az xəbər verir ki, bunu Trend-ə Qara Dəniz Ticarət və İnkişaf Bankından (QDTİB) bildiriblər.
QDTİB-dan bildiriblər ki, bank belə infrastruktur layihələrdə iştirak etməkdə maralıqıdr.
Bankdan deyiblər: "Şimal-Cənub" QDTİB-nin bir neçə üzv ölkəsini əhatə edən regional təşəbbüsdür. Bu layihə Azərbaycan üçün yalnız tranzit ölkə kimi əhəmiyyət daşımır, həmçinin ölkəyə və ölkədən mal tədarüklərinin artımına böyük təsir göstərəcək".
Bankdan onu da əlavə ediblər ki, QDTİB-ə Azərbaycanın iqtisadiyyatının inkişafına və regional əməkdaşlığa təsir göstərəcək istənilən layihə maraqlıdır.
Bankdan qeyd ediblər: "Biz layihənin inkişaf prosesini izləyirik və həmmaliyyəçi qismində iştirak etməyə hazırıq".
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə ilkin mərhələdə ildə 6 milyon ton, daha sonra isə 15-20 milyon ton yük daşınması nəzərdə tutulur.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), Qara Dəniz regionunun 11 ölkəsi tərəfindən yaradılmış beynəlxalq maliyyə təşkilatıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub