"iPhone X"in 2018-ci il modelləri daha ucuz olacaq

777
"iPhone X"in 2018-ci il modelləri daha ucuz olacaq

"iPhone X"in 2018-ci il modelləri daha ucuz olacaq"Apple" şirkətinin "iPhone"nun 10-cu ili münasibətilə çıxartdığı "iPhone X" modeli gözlənilən nəticəni verməyib.

Hətta satışlar aşağı olduğu üçün şirkət zavodlardakı istehsalı 2 qat azaldıb. Belə olan halda ekranları və bir sıra detalları "Samsung"dan aldığı üçün satışların aşağı olması "Samsung"a da ziyan vurdu. Bunları görən "Apple" 2018-ci il üçün çıxaracağı iPhone modellərində qiymətləndirmə siyasətlərində dəyişiklik edəcəyini bildirib:

"2018-ci il üçün çıxarılacaq "iPhone X" modeli daha ucuz olacaq. Həmçinin bu il satışa 3 fərqli iPhone modelı çıxarılacaq".

Məlumata əsasən, bu il satışa çıxarılacaq 2-ci nəsil "iPhone X" modellərindən 1-i 5.8 inch OLED ekran təmin olunacaq. Bu modelin PLUS versiyası isə 6.5 inch ekran ilə satışa çıxarılacaq. Çərtiksiz olacağı deyilən modellər isə LCD ekran istifadə edəcək. Həmçinin bu modellərdə daha az ram və daha zəif kamera istifadə ediləcək. LCD ekran istifadə edən 5.8 inch ekranlı iPhone modeli son 3 nəsildəki ( iPhone 7, 8, və X) ən ucuz model olacaq.
Sözügedən model 2-ci nəsil "iPhone X" isə keçən ilki ilə müqayisədə 10% ucuz olacaq.

"Apple" artıq başa düşür ki, insanlar yüksək məbləğlər verib telefon almaq istəmir, həm də telefon bazarında bu qədər alternativ model varkən. Bütün bu məlumatları nəzərə alsaq, deyə bilərik ki, şirkət bu il minimum 4 telefon satışa çıxaracaq.

BAKU.WS

Xəbər lenti