“Azərbaycanın bank sektorundakı problemlər azalmağa doğru gedir, buna baxmayaraq problemli kreditlər hələ də əlavə təminat tələb edə bilər”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, sektorda problemli aktivlərin artım tempi ləngiyib, ehtiyatlar və kapitallaşma güclənib.
Buna baxmayaraq, agentliyin mütəxəssisləri qeyd edir ki, restrukturizasiya olunmuş kreditlər üçün ayrılan ehtiyatların az olması aktivlərin keyfiyyətinə mənfi təsir etməkdə davam edir:
“Ötən il Beynəlxalq Bankın öhdəliklərinin və aktivlərinin restrukturizasiyası bank sektorunun ən mühüm inkişaf göstəricisi olub. Bankın bütün problemli aktivləri dövlətə məxsus bank olmayan kredit təşkilatına ötürülüb, riskli aktivləri azalıb və kapital mövqeyi bərpa olunub.
Buna baxmayaraq, Beynəlxalq Bankın 1,8 milyard dollar həcmində açıq valyuta mövqeyi qalmaqdadır, lakin bank 2018-ci ilin ortalarına kimi bunu yaxşılaşdırmağı planlaşdırır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub