“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz Telekommunikasiya Qovşağının xidməti ərazisində internet istifadəçiləri üçün xidmət haqqının ödənilməsində yeni qaydalar tətbiq edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, “aztelekom.net” internet provayderinə qoşulan yeni və mövcud istifadəçilər aylıq istifadə haqqını ödədiyi zamandan (saat, gün) etibarən xidmət aktiv ediləcək və 1 ay ərzində istifadə müddəti bitdiyi gün (saat, gün) son istifadə tarixi kimi qeyd olunacaq.
Aylıq abunə haqqı bitdiyi tarixdə xidmət avtomatik olaraq deaktiv ediləcək və ödəniş aparılmadığı müddət üçün borc hesablanmayacaq.
İstənilən zaman istifadə haqqını ödəməklə xidmət yenidən aktiv ediləcək və həmin gündən etibarən hesablanma aparılacaq.
Məsələn, istifadəçi xidmət haqqını həmişə olduğu kimi ayın 14-də deyil, 25-də ödəyərsə, internet xidməti həmin gündən aktiv ediləcək və növbəti ayın 25-dək internetdən istifadə edə biləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub