Sabah, martın 7-də Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (SOFAZ) ilə birgə keçirəcəyi növbəti valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsi bir qədər geriləyə bilər.
Mynews.az -ın məlumatına görə,"Report" analitik qrupu bildirir ki, AMB-nin son bir həftədə keçirdiyi depozit hərraclarında, not və Maliyyə Nazirliyinin istiqraz yerləşdirilməsi üzrə hərraclarda 270 mln. manata yaxın vəsait sterlizasiya olunub.
Nəticədə bank sistemində manat qıtlığı yaranıb və bu, özünü bu gün nağd valyuta bazarında göstərib. Bankların bəziləri dolları limitlə almağa başlayıb.
“Report”un analitik qrupu banklarda yaranan manat qıtlığı səbəbindən sabahkı valyuta hərracına çıxarılması ehtimal edilən 35 mln. dolların hamısına tələbin olmayacağını, nəticədə, dolların məzənnəsinin düşəcəyini proqnozlaşdırır.
Analitik qrup həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) martın 14-15-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırmasından sonra dünya valyuta bazarında dolların ucuzlaşacağını, bunun da manatın möhkəmlənməyə davam etməsinə kömək göstərəcəyini ehtimal edir.
Lakin bütün bu sadalananlara baxmayaraq, manatda kəskin dalğalanmalar gözlənilmir. Rəsmi məzənnə 1,75 AZN/USD səviyyəsinə yaxın qalacaq, dollardakı ucuzlaşma isə 0,01 manatı ötməyəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub