2017-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 1,7 milyard ABŞ dolları təşkil edib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansında qeyd olunub.
Müqayisə üçün qeyd edək ki, 2016-cı ili Azərbaycan tədiyə balansının cari əməliyyatlar hesabının 1,36 milyard dollarlıq kəsirlə başa vurmuşdu.
Azərbaycanın neft-qaz sektorunun cari əməliyyatlar hesabının profisiti 7,4 milyard dollar olub. 2016-cı ilin yekunlarına görə, bu göstərici 4,4 milyard dollara bərabər olub.
Qeyd etmək lazımdır ki, neft-qaz sektorunun cari hesab profisiti qeyri-neft sektoru üzrə qeydə alınan 5,7 milyard dollarlıq kəsiri tamamilə üstələyir.
Eyni zamanda 2017-ci ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 24,2 milyard dollar təşkil edib, xarici ticarət balansının müsbət saldosu 6,1 milyard dollar səviyyəsində olub.Hesabat dövründə Azərbaycan 185 ölkə ilə ticarət əməliyyatları keçirib. Ticarət dövriyyəsinin 15 faizi MDB ölkələrinin, 85 faizi digər ölkələrin payına düşüb.
2017-ci ilin yekunlarına əsasən, Azərbaycanın ehtiyat aktivləri 1,97 milyard dollar artıb, 2016-cı ildə isə 539,2 milyon dollar səviyyəsində azalma müşahidə olunmuşdu.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub