Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında müşahidə edilən müsbət meyillərin davam etməsindən asılı olaraq, 2018-ci ilin qalan dövründə də faiz dəhlizi parametrlərinin azaldılmasını mümkün hesab edir. Bununla belə, faiz dərəcələrinin real səviyyəsi müsbət zonada saxlanacaq.
Mynews.az Mərkəzi Banka istinadən xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, bu il də faiz dəhlizi parametrlərinə dair qərarlar faktiki inflyasiya, qiymət artımına dair gözləntilər və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla qəbul ediləcək.
AMB-nin apardığı təhlillərə əsasən, faiz dəhlizinin parametrləri likvid qiymətli kağızların gəlirliliyinə və bu da öz növbəsində bankların apardığı əməliyyatlar üzrə faizlərə təsir edir.
Orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla, artıq cari ilin fevralında uçot dərəcəsi 15%-dən 13%-ə endirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub