Azərbaycan Banklar Assosiasiyası (ABA) bütün üzv təşkilatlara Maliyyə Savadlığı Şurasının yaradılması təklifi ilə müraciət edib.
Mynews.az-ın məlumatına görə, Report xəbər verir ki, şuraya üzv olmaq istəyən banklar bununla bağlı onlara ünvanlanan məktuba martın 10-dək cavab verməlidir.
"ABA maliyyə savadlığı ilə bağlı fəaliyyətini əsasən törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) vasitəsilə həyata keçirir. Maliyyə savadlığı ilə əlaqədar planlaşdırılan işlərin birgə müzakirəsi və koordinasiyası məqsədilə ABA-nın nəzdində üzv təşkilatların rəhbərliyindən ibarət (İdarə Heyəti üzvləri və s.) Maliyyə Savadlığı Şurasının yaradılması nəzərdə tutulur", - məktubda qeyd olunub
Şuranın fəaliyyətinin əsas istiqamətləri, üzvlərlə birlikdə ABTM-in direktoru Cavanşir Abdullayevin iştirakı ilə müəyyən ediləcək. Şura bu sahədə ideyaların, məlumatların və təcrübələrin müzakirə olunduğu platforma rolunda çıxış edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub