Rusiyadan “Bakı Metropoliteni” üçün sifariş verilmiş iki yeni qatarın biri artıq gətirilib.
Bu sözləri Mynews.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
O bildirib ki, qatar hazırda depodadır və texniki baxış keçirilir:
“Dünən “Metrovaqonmaş”la imzalanmış müqavilə çərçivəsində alınmış yeni qatarlardan biri Bakıya gətirilib. Hazırda Rusiyadan gələn mütəxəssislər qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar.
Müəyyən sazlanma işləri aparıldıqdan, bəzi avadanlıqlar quraşdırıldıqdan sonra sınaq olacaq. Bundan sonra həmin qatar xəttə buraxılacaq. Digər ikinci qatar isə gələn ayın sonu gətiriləcək”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub