Azərbaycan neftinin dünya bazarında öz yerini tutması üçün onun düzgün brendləşdirilməsi vacibdir.
Mynews.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib:
“Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və satış fəaliyyətini mərkəzləşdirmək məqsədilə 2007-ci ildə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading” şirkəti qısa bir müddətdə dünyada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Çin, Kanada, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsilə yeni bazarlarda möhkəmlənib.
İlk mərhələdə “SOCAR Trading” yüksək keyfiyyətli “Azerilayt” neftini yüngül neft brendi kimi dünya bazarlarında tanıdıb, bununla Azərbaycana təkcə 2008-2013-cü illər arasında 1,8 milyard dollara qədər əlavə gəlir qazandırıb”.
R.Abdullayev deyib ki, bu gün “SOCAR Trading” şirkəti sadəcə Azərbaycan neftini deyil, artıq daha çox üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir:
“Törəmə şirkətimiz son üç il ərzində üçüncü tərəflərdən alınıb-satılan neft və neft məhsullarının həcmini dörd dəfədən çox artıraraq 21 milyon tondan 86 milyon tona çatdırıb.
Ötən il əməliyyatların həcmini iki dəfədən çox artıran “SOCAR Trading” 108 milyon ton neft və neft məhsulları satmağa müvəffəq olub”.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub