STAR NEZ, “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodların inşası artıq bu il tamamlanacaq, zavodlarda məhsul istehsalına başlanılacaq.
Mynews.az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib:
“Türkiyənin əhali sayı ilə əlaqədar bazar potensialı yüksək olduğuna görə, STAR NEZ-in məhsulu qardaş ölkənin daxili bazarı üçün nəzərdə tutulur.
Azərbaycanda inşa ediləcək yeni kimya müəssisələrinin məhsulları isə ölkəmizdə həmin məhsulların idxalını tam əvəzləyəcək. Ölkə daxilində istehsal olunacaq məhsulun daha böyük hissəsi isə ixrac ediləcək, əlavə gəlirlər gətirəcək.
Qeyd etməliyəm ki, emal sənayesində məhz ixracyönümlü investisiya layihələrinin həyata keçirilməsi ilk növbədə ölkənin iqtisadi inkişafı üçün vacibdir. Buna görə Azərbaycanda bu layihələrin məhz Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılması vacib idi.
“SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının inşası ölkədə aqrar sektorun, habelə kiçik və orta sahibkarlığın inkişafına münbit şərait yaradacaq.
Ən keyfiyyətli azot gübrəsi olan karbamid bütövlüklə azot gübrəsinin idxalını əvəzləyə biləcək. “SOCAR Polymer”in məhsulları isə birbaşa kiçik və orta sahibkarlar tərəfindən xammal kimi istifadə olunaraq, ölkəmizdə müxtəlif plastik istehlak məhsullarının istehsalı və deməli, qeyri-neft sektorunun inkişafı üçün zəmin yaradacaq”.
O qeyd edib ki, ölkənin neft məhsulları ilə əsas təminatçısı olan, o cümlədən də “SOCAR Polymer” zavodunu xammalla təchiz edən Heydər Əliyev adına Neft Emalı Zavodunda genişmiqyaslı yenidənqurma layihəsi həyata keçirilir.
Layihənin məqsədləri respublikanı yüksək keyfiyyət standartına cavab verən dizel və benzin yanacağı ilə təmin etmək, zavodun istehsalat həcmini ildə altı milyon tondan səkkiz milyon tona qədər qaldırmaqdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub