CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 69,94 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 69,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 5-də 65,01 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 5-də 67,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,66 dollar/barel çoxdur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub